1xeber.media xəbər verir ki, Rusiyanın Vyanadakı səfiri Andrey Qrozovun sözlərinə görə, Prezident Vladimir Putinin ənənəvi mənəvi dəyərlərlə bağlı imzaladığı fərmandan sonra təxminən 50 Avstriya vətəndaşı Rusiyaya köçüb.
Səfir RIA Novosti agentliyinə açıqlamasında bildirib ki, Avstriya sakinləri arasında Rusiyaya köçmək üçün maraq sabit olaraq qalır. Onun sözlərinə görə, bu müraciətlər Prezident Vladimir Putinin "Ənənəvi Rusiya mənəvi-əxlaqi dəyərlərini bölüşən şəxslərə humanitar dəstəyin göstərilməsi haqqında" fərmanı çərçivəsində həyata keçirilir.
Qrozov qeyd edib ki, Rusiya tərəfi Avstriyadan bu proqram üzrə köçmək istəyən şəxslərin sayını izləyir və marağın davam etdiyini müşahidə edir.
Bundan əvvəl ABŞ vətəndaşı Laura da Rusiyaya köçdüyünü açıqlamış və sosial şəbəkələrdə paylaşdığı videolarda rusların qida ilə münasibətinə heyran qaldığını bildirmişdi. Onun fikrincə, Rusiyada insanların qidalanma mədəniyyəti ABŞ-la müqayisədə fərqlənir.