Вернуться назад Распечатать

Kriştianu Ronaldu 16 yaşlı oğlu ilə fotosunu paylaşıb

1xeber.media xəbər verir ki, portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldu sosial şəbəkədə oğlu Kriştianu Ronaldu Junior ilə birlikdə çəkilmiş yeni fotolarını paylaşıb.

"Əl-Nəsr"in hücumçusu 16 yaşlı oğlu ilə çimərlikdə istirahət edərkən obyektiv qarşısına keçib. Ata və oğul köynəksiz şəkildə şəkil çəkdirərək idman formalarını nümayiş etdiriblər.

Paylaşılan kadrlardan birində futbolçunun nişanlısı, ispan model və biznesmen Corcina Rodriqes də yer alıb.

Xatırladaq ki, iyul ayında Kriştianu Ronaldunun Britaniya futbolundan bəhs edən yeni serialda rol alacağı və layihənin icraçı prodüserlərindən biri olacağı açıqlanmışdı.

Məlumata görə, çəkilişlər artıq başlayıb. Serialın süjeti uydurma futbol agentinin ətrafında cərəyan edəcək və həmin obrazı britaniyalı aktyor Demien Lyuis canlandıracaq. Layihədə Kriştianu Ronaldu ilə yanaşı, "Arsenal"ın və Fransa millisinin sabiq hücumçusu Tyerri Anri də ekran qarşısına çıxacaq.

Dram və komediya elementlərini özündə birləşdirəcək serial UR•Marv Studios tərəfindən hazırlanır. Studiyaya Kriştianu Ronaldu və rejissor Metyu Von rəhbərlik edir.