Вернуться назад Распечатать

Zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir

Milli-mənəvi dəyərlərimizin qorunmasında böyük  xidmətləri olan   ulu öndər Heydər
Əliyev  varlığımızı təsdiqləyən dilimizin saflığının qorunmasına xüsusi diqqət göstərmişdir.
 Azərbaycan dili uzun illəri əhatə edən formalaşma dövründə siyasi, dini,  mədəni münasibətdə
olduğu  xalqlar arasında ünsiyyət vasitəsi  kimi  başqa dillərə də  təsir etmişdir. Ölkəmizdə
yaşayan və dinindən, dilindən, milliyyətindən asılı olmayaraq Azərbaycan dilini ikinci ana dili
kimi  qəbul  edən bütün vətəndaşlar üçün ünsiyyət vasitəsi  olan doğma dilimizin xalqımızın
elmi, bədii məntiqi təfəkkürünün formalaşması və inkişafında böyük rolu olmuşdur.
Azərbaycan dilini xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin
sarsılmaz təməli,  müstəqilliyimizin başlıca rəmzləri ilə eyni səviyyədə qiymətləndirən ulu öndər
Heydər Əliyev bildirirdi ki,  xalqımızın milliliyini,  mənəvi dəyərlərini, mədəniyyətini yaşadan
onun dilidir. «Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!» 
sözləri ilə milli varlığımızın ifadəsi olan Azərbaycan  dilinə məhəbbətini ifadə edən Ulu Öndər
Azərbaycana rəhbərliyinin hər iki  dövründə  Azərbaycan dilinə çox qayğı ilə yanaşmış, onun
saflığı, yad təsirlərdən qorunması üçün səylərini əsirgəməmişdir.
Məhz ulu öndərin səyləri və təşəbbüsü ilə 1978-ci il 21 aprel tarixində qəbul olunmuş
Azərbaycan SSR Konstitusiyasında 73-cü maddənin  “Azərbaycan Sovet Sosialist
Respublikasının dövlət dili Azərbaycan dilidir” redaksiyada vermək təklif olundu və bu 
təşəbbüs Konstitusuyada öz əksini tapdı. Bununla ulu öndər gələcək müstəqil dövlətçiliyin milli
rəmzlərindən birini məharətlə qorudu.
Heydər Əliyev bildirirdi ki, hər bir xalqın elə milli-mənəvi dəyərləri vardır ki,  onun
qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi, cəmiyyətdə tutduğu mövqeyindən,
peşəsindən, ixtisasından, vəzifəsindən  asılı olmayaraq hamının və hər kəsin vətəndaşlıq
borcudur.  1993-cü ildə  hakimiyyətə qayıdışı ilə bütün sahələrdə köklü islahatlar aparan,
dövlətin dil siyasətinə millətin varlığını təsdiqləyən amil kimi  diqqətlə yanaşan  ümummilli lider
Heydər Əliyevin təklifinə və  ümumi razılaşmaya əsasən Azərbaycan dilinin latın qrafikalı
əlifbasının tətbiqi məqsədəuyğun hesab olundu. Bu sahə üzrə nəzərdə tutulan problemlərin
həlli üçün xüsusi sərəncamla Dil Komissiyası yaradıldı.
Ümummilli lider Heydər Əliyevin dil siyasətini, dilimizə diqqət və qayğını eyni
məsuliyyətlə davam etdirən   Prezident İlham Əliyev  «Azərbaycan dilində latın qrafikası ilə 
kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» Sərəncamı imzalamaqla bu istiqamətdə nəzərdə
tutulan və həlli vacib  istiqamətlərini müəyyənləşdirdi.  Prezident İlham Əliyevin «Azərbaycan
dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı
tədbirlər haqqında»kı Fərmanında  ana dilimizin qorunması  üçün həyata keçiriləcək islahatlar,
hədəflər əksini tapır.
Bu gün Azərbaycan tarixi ənənələri olan ölkə kimi dünya birliyinin fəal üzvünə çevrilib,
bütün dövlətlərlə bərabərhuquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında  əlaqələrini
genişləndirməklə sözünün imzası qədər önəmi olduğunu bir daha beynəlxalq aləmə təqdim
edir. Dilimizin inkişafı da öz növbəsində bu işlərə yardımçıdır.
Eyvaz Fərzəliyev,
Sabirabad rayon Ağsaqqallar şurasının sədri