Qazaxıstanda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub.
1xeber.media xəbər verir ki, bu barədə Tengrinews portalı insidentin səbəblərini araşdırmaq üzrə hökumət komissiyasına rəhbərlik edən respublika baş nazirinin müavini Kanat Bozumbayevə istinadən məlumat yayıb."Baş nazirin müavininin dediyi kimi, hazırda 38 nəfərin öldüyü məlumdur", - mesajda deyilir.
Baş nazirin müavininin sözlərinə görə, qəza zamanı həlak olanların cəsədləri çox yanıb. “Cəsədlər bərbad vəziyyətdədir, əsasən yanıblar, hamısı yığılıb, indi morqda olacaqlar, şəxsiyyəti müəyyənləşdiriləcək”, - o bildirib.