Azərbaycan hava hücumundan müdafiə qabiliyyətlərini sürətlə gücləndirir.
1xeber.media xəbər verir ki, ölkə 4,2 milyard dollar dəyərində 40 qabaqcıl JF-17C Block III qırıcı təyyarəsinin alınmasını təsdiqləyib.
"Forbes" yazır ki, bu, Azərbaycan tarixində ən böyük qırıcı təyyarə alışıdır.
Qeyd edildiyi kimi, köhnəlmiş MiQ-29-ları əvəz edən bu 4,5 nəsil təyyarələr Bakını Cənubi Qafqazın ən güclü hava qüvvələrinə malik ölkəsinə çevirir. Bundan əlavə, Azərbaycan həmçinin Rusiyanın C-300 və İsrailin "Barak" hava hücumundan müdafiə sistemlərini, eləcə də Çin HQ-9BE strateji raket sistemlərini nümayiş etdirib.
Bildirilib ki, milyardlarla dollarlıq investisiyalar 5 martda Naxçıvana dron hücumundan sonra qoyulub.
Bakı ilk JF-17 təyyarəsini 2024-cü ilin sentyabr ayında alıb. 2025-ci ilin may ayının sonuna qədər sifariş edilən təyyarələrin sayı 16-dan 40-a, müqavilənin ümumi dəyəri isə 1,6 milyard dollardan 4,2 milyard dollara yüksəlib və bu, Pakistanın o dövrdəki ən böyük müdafiə ixrac müqaviləsi olub. JF-17 Pakistan və Çin arasında birgə hazırlanıb.
Bakının JF-17-nin alınmasını təsdiqləməsi, bu yaxınlarda Çindən sifariş edilən HQ-9BE strateji hava hücumundan müdafiə raket sistemlərinin ilk dəfə ictimaiyyətə nümayişindən sonra baş tutdu. Raket sistemləri 2025-ci ilin noyabr ayında ictimaiyyətə nümayiş etdirilib.
Bu alışlar Azərbaycanın hava qüvvələrinin və hava hücumundan müdafiə sistemlərinin son onilliklərdəki ən əhəmiyyətli modernləşdirilməsidir.