Вернуться назад Распечатать

“Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemi yaradılacaq

“Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemi yaradılacaq.

1xeber.media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, pilotsuz uçuş aparatlarının dövriyyəsinə xüsusi icazənin verilməsi və qeydiyyatının aparılması, eləcə də pilot (operator) şəhadətnaməsi, əməliyyat icazəsinin, istismarçı sertifikatının və model PUA klublarına və assosiasiyalarına icazələrin verilməsi məqsədilə “Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemi yaradılacaq.