UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
1xeber.media xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə "Sabah"ın da bu raunddakı potensial rəqibi bəlli olub.
Bakı klubu Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın "Orxus" komandasına məğlub olsa, Avropa Liqasının pley-offunda "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin ilk qarşılaşmaları avqustun 18-19-da, cavab görüşləri isə avqustun 25-26-da təşkil olunacaq.