Вернуться назад Распечатать

"Vəziyyəti daha da pisləşib" dedilər, Saakaşvili fotosunu yayımladı

Həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin son görüntüsü yayımlanıb. 

1xeber.media xəbər verir ki, bu barədə paylaşım Saakaşvilinin  "Facebook" hesabında yayımlanıb. 

Qeyd edək ki, 2004-2013-cü illərdə Gürcüstana rəhbərlik etmiş Mixeil Saakaşvili hazırda həbsdədir. 2021-ci ildə ölkəyə gizli qayıdışından sonra onun haqqında olan 3 və 6 illik həbs cəzalarına yeniləri əlavə olunub. 2025-ci ilin martında məhkəmə dövlət vəsaitlərinin mənimsənilməsinə görə ona 9 il, sərhədi qanunsuz keçməyə görə isə 4,5 il həbs cəzası kəsib. Paralel olaraq, 2007-ci il 7 noyabr hadisələri və “İmedi” telekompaniyasının darmadağın edilməsi işi üzrə məhkəmə prosesləri davam edir.

Bundan əlavə, ötən gün Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirmişdi ki, keçmiş prezident Mixail Saakaşvili tamamilə "sağlam düşüncədən məhrum olub".