Вернуться назад Распечатать

Emin Əmrullayev Xankəndidə vətəndaş qəbulu keçirəcək

Elm və təhsil naziri Emin Əmrullayev avqustun 28-də Xankəndi şəhərində vətəndaş qəbulu keçirəcək.

1xeber.media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda Xankəndi, Xocalı və Ağdərə sakinləri iştirak edə biləcəklər.

Adıçəkilən şəhər və rayonların sakinləri avqustun 14-ü saat 18:00-dək Elm və Təhsil Nazirliyinin 146-11 nömrəli Çağrı Mərkəzinə (yalnız iş günləri və iş saatlarında) zəng etməklə qəbula yazıla bilərlər.

Bununla yanaşı, müraciətləri nazirliyin rəsmi internet saytının əlaqə bölməsi vasitəsilə elektron qaydada və ya +994 51 206 78 48 nömrəsinə "WhatsApp" üzərindən göndərmək mümkündür.

Nazirlikdən bildirilib ki, qəbulda iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək mütləqdir.