Вернуться назад Распечатать

Moskva vilayətində PUA hücumunun nəticələri göstərildi

Moskva vilayətinin Çexov bələdiyyə dairəsinin rəhbəri Mixail Sobakin Ukrayna Silahlı Qüvvələrinin (VSQ) pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumun nəticələrini əks etdirən fotoları yayımlayıb.

1xeber.media xəbər verir ki, Sobakinin paylaşdığı görüntülərdə zədələnmiş elektrik yarımstansiyası, eləcə də anbar kompleksinin ərazisinə düşən pilotsuz uçuş aparatının izi əks olunub.

Fotolardan görünür ki, anbar binasının pəncərələri sınıb, fasadına ziyan dəyib. Digər görüntüdə isə Moskva vilayətində yerləşən fərdi yaşayış evinin hücum nəticəsində zədələndiyi görünür.

Hadisə ilə bağlı əlavə araşdırmalar aparılır, dəyən ziyanın həcmi dəqiqləşdirilir.