Вернуться назад Распечатать

İlham Əliyev bu rayona yeni icra başçısı təyin etdi

Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

1xeber.media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Nurlan Rauf oğlu Hacıyev Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.