Вернуться назад Распечатать

Efiopiyada monastır yaxınlığında torpaq sürüşməsi nəticəsində 14 nəfər həlak olub

Efiopiyada güclü yağışlar nəticəsində yaranan torpaq sürüşməsi monastırın yaxınlığında toplaşan dindarların üzərinə düşüb.

1xeber.media xəbər verir ki, The Associated Press agentliyinin məlumatına görə, hadisə avqustun 4-də səhər saatlarında Amhara bölgəsində, Müqəddəs Məryəm monastırının yaxınlığında baş verib.

Bildirilir ki, həmin vaxt müqəddəs su ilə təmizlənmə mərasimində iştirak etmək üçün yüzlərlə insan əraziyə toplaşıb. Monastır xüsusilə xroniki xəstəliklərdən əziyyət çəkən insanlar arasında məşhurdur.

Torpaq sürüşməsi nəticəsində 14 nəfər həyatını itirib, digər yaralananlar isə yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Dağıntılar altında hələ də insanların qala biləcəyi ehtimal olunur.

Hazırda xilasetmə və axtarış işləri davam etdirilir.