İspaniyanın Baş nazirlik Aparatı Milli Təhlükəsizlik Departamentinin (DSN) mətbuat xidmətində çalışan əməkdaşı Seutaya gələn qeyri-qanuni miqrantların sayı ilə bağlı məlumat yayımladıqdan sonra vəzifəsindən azad edib.
1xeber.media xəbər verir ki, bu barədə El País nəşri məlumat yayıb.
Məlumata görə, məmur DSN-in saytında Seutaya qanunsuz şəkildə 49 min miqrantın daxil olduğu barədə xəbərdarlıq yerləşdirib. Bu paylaşım İspaniyanın həmin şəhərində miqrant axınının miqyası ilə bağlı ilk rəsmi təsdiq kimi qiymətləndirilib.
Bildirildiyinə görə, paylaşım yayımlandıqdan dərhal sonra əməkdaş telefonla işdən azad edilib. Daha sonra həmin məlumat DSN-in saytından silinib.
Daha əvvəl İspaniyanın Xarici İşlər Nazirliyi bildirib ki, iyulun 30-da Seuta muxtar şəhərinə daxil olan qeyri-qanuni miqrantların demək olar ki, hamısı artıq Mərakeşə geri qayıdıb.