Вернуться назад Распечатать

3 milyonluq dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxundu

Kənd təsərrüfatı məhsullarını Rusiyaya aparmaq adı ilə vətəndaşı aldadaraq pulunu ələ keçirməkdə ittiham olunan Elnur Haxtari, Kamal Həsənov və Ələkbər Quliyevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

1xeber.media-nın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsin Hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən yekyn orosesdə hökm elan edilərək  təqsirləndirilənlər - Elnur Haxtari 8 il 8 ay, Kamal Həsənov 11 il, Ələkbər Quliyev isə 5 il şərti azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən məsuliyyətə cəlb olunublar. Cinayət işi üzrə 3 nəfər zərərçəkmiş qismində tanınıb. Onların hər üçü iş adamı olduğu bildirilir. 

Təqsirləndirlilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq) 178.3.2 (külli miqdarda dələduzluq) 213.1 (xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələri  ilə ittiham irəli sürülüb.

Onu da qeyd edək ki,zərərçəkənlərə dəymiş ümümi ziyanın məbləği 3 milyon manatdır.

Təqsirləndirilənlər istintaq müddətində zərərçəkənlərə dəyən ziyanın bir qismini ödəyiblər.