1xeber.media xəbər verir ki, ukraynalı tarixçi Marta Havrişko hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda ölkəsinin Böyük Britaniyadakı səfiri olan Valeri Zalujnının NATO ilə bağlı son bəyanatı ukraynalıları reallığa qaytarıb.
Tarixçi bu fikri X sosial şəbəkəsində paylaşaraq bildirib ki, Zalujnının açıqlaması uzun müddətdir formalaşdırılan gözləntilərlə real vəziyyət arasındakı fərqi üzə çıxarıb.
"“Dəmir General” ukraynalıları soyuq reallıqla üz-üzə qoydu: məlum olur ki, onlar NATO üzvlüyü uğrunda döyüş meydanında həlak olurlar, halbuki heç kəs əslində Ukraynanı alyansa qəbul etməyə hazırlaşmır. Amma üzvlüklə bağlı vədlər? Onlar istənilən qədər verilə bilər", – deyə Havrişko yazıb.
1xeber.media xatırladır ki, bundan əvvəl Valeri Zalujnı Ukraynanın NATO-ya mümkün üzvlüyü ilə bağlı vəziyyəti şərh etmişdi. Kiyevdə səfirlərin ümumi müşavirəsi çərçivəsində keçirilən Avroatlantik inteqrasiya müzakirəsində o, Ukraynanın NATO-ya qəbul olunmasının baş verməyəcəyini düşündüyünü bildirib.
Zalujnının sözlərinə görə, o, təxminən 12 il ərzində Ukrayna ordusunun NATO standartlarına uyğunlaşdırılması istiqamətində çalışsa da, bu səylər ölkənin alyansa üzvlüyü ilə nəticələnməyib.