Вернуться назад Распечатать

Hindistan Rusiyanın beşinci nəsil Su-57E qırıcısını almaqdan imtina edib

1xeber.media xəbər verir ki, Hindistan hazırda Rusiyanın beşinci nəsil Su-57E qırıcısını almaq imkanını gündəmdən çıxarıb.

Bu barədə ölkənin müdafiə naziri Raceş Kumar Sinqh bildirib. Onun sözlərini Defense Security Asia nəşri yayıb.

Nazirin sözlərinə görə, Yeni Dehli yaxın perspektivdə "Suxoy" istehsalı olan yeni döyüş təyyarələrinin alınmasını nəzərdən keçirmir. Əvəzində Hindistan Silahlı Qüvvələrinin inventarında olan Su-30MKI qırıcılarının modernləşdirilməsi və ölkənin özünün yeni nəsil "stealth" (radara az görünən) qırıcısının hazırlanması planlaşdırılır.

1xeber.media xatırladır ki, bundan əvvəl The National Interest jurnalı Rusiyanın Hərbi-Kosmik Qüvvələrinin Avropada üstün mövqeyini qoruyub saxladığını yazmışdı.