Вернуться назад Распечатать

Çin aviasiya vasitəsilə nüvə zərbəsi imkanlarını ilk dəfə nümayiş etdirib

1xeber.media xəbər verir ki, Çin Xalq Azadlıq Ordusu ilk dəfə olaraq aviasiya vasitəsilə nüvə zərbəsi endirmək imkanlarını əks etdirən görüntüləri ictimaiyyətə təqdim edib.

Bu barədə China Daily qəzeti məlumat yayıb.

Məlumata görə, nümayiş etdirilən simulyasiya edilmiş döyüş ssenarisində Çin ordusu şərti düşmən donanmasına qarşı zərbə əməliyyatını canlandırıb. Kadrlarda strateji Xian H-6N bombardmançısının iki J-20 qırıcısının müşayiəti ilə JL-1 aviasiya ballistik raketi daşıdığı görünür.

Nəşr qeyd edir ki, bununla Çin hərbçiləri ilk dəfə olaraq ölkənin hava bazalı nüvə zərbəsi sisteminin imkanlarını açıq şəkildə nümayiş etdiriblər.

1xeber.media xatırladır ki, bundan əvvəl ABŞ-ın 19FortyFive nəşri Pekinin nüvə potensialını rekord sürətlə artırdığını yazmışdı. Bildirilirdi ki, Çin son on il ərzində nüvə döyüş başlıqlarının sayını təxminən üç dəfə artırıb.