1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının bağlanacağı təqdirdə İrana İkinci Dünya müharibəsindən bəri görünməmiş miqyasda zərbə endirilə biləcəyini bəyan edib.
O, bu barədə Fox News telekanalına müsahibəsində danışıb.
Tramp bildirib ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq və bu məsələ rəsmi şəkildə təsbit ediləcək.
"Hörmüz boğazı çox yaxın zamanda açılacaq. Əks halda, İrana çox güclü zərbə endiriləcək və boğaz yenə də açılacaq. Bu, İkinci Dünya müharibəsindən bəri ən güclü hücum olacaq", – deyə ABŞ prezidenti bildirib.
Onun sözlərinə görə, əgər Tehran hakimiyyəti mümkün razılaşmanın şərtlərinə yenidən əməl etməsə, Vaşinqton buna sərt cavab verəcək.
1xeber.media xatırladır ki, bundan əvvəl ABŞ-ın maliyyə naziri Skott Bessent Vaşinqton və Tehranın Hörmüz boğazına nəzarətlə bağlı yaxın günlərdə razılığa gələ biləcəyini açıqlamışdı.