İngiltərədə xəstəxanaların birində baş verən hadisə dünya ictimaiyyətinin diqqətini çəkib.
1xeber.media xəbər verir ki, 26 yaşlı Leon Gillespie adlı kişi "Əzrayıl" kostyumu geyinərək xəstəxananın damına çıxıb. Onun bu hərəkəti xəstə və ziyarətçilərin qorxusuna səbəb olub.
Hadisə İngiltərədəki "Glan Clwyd" Xəstəxanasında baş verib. Məlumatdan sonra hadisə yerinə polis və yanğınsöndürmə briqadaları göndərilib və ərazidə təhlükəsizlik tədbirləri görülüb. Polis tərəfindən saxlanılan Gillespie ictimai asayişi pozmaqda ittiham olunub.
Hakim qarşısına çıxarılan 26 yaşlı kişi səhiyyə müəssisəsində iğtişaş və qarışıqlıq yaratmaqda günahını etiraf edib.