Вернуться назад Распечатать

Ruslan Kəngərli vəzifəsindən azad edildi

Ruslan Aslan oğlu Kəngərli “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini vəzifəsindən azad edilib.

1xeber.media xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev sərəncam imzalayıb.

Qeyd edək ki, R.Kəngərli 2023-cü ilin noyabr ayından sədr müavini vəzifəsində çalışırdı. 2025-ci ildə sədr vəzifəsinin müvəqqəti icrası ona həvalə edilmişdi.