1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev və Kiyev vilayətinə gecə saatlarında endirilən kütləvi zərbələri şərh edib.
Zelenski Telegram kanalında bildirib ki, hücum zamanı Kiyev istiqamətində 24 ballistik raket, 4 "Sirkon" raketi və 115 pilotsuz uçuş aparatı istifadə olunub.
Onun sözlərinə görə, PUA-ların əksəriyyəti reaktiv tipli olub, zərbələr əsasən anbar sahələrinə və infrastruktura yönəlib.
1xeber.media xatırladır ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Rusiya qoşunlarının Kiyevdə pilotsuz uçuş aparatlarının və onlar üçün ehtiyat hissələrinin saxlanıldığı "MLP-Çayka" logistika mərkəzinə zərbə endirdiyini açıqlamışdı.