1xeber.media xəbər verir ki, Rusiya və Qərb ölkələrinin keçmiş yüksək vəzifəli rəsmiləri Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı Vyanada görüş keçiriblər.
Nəşrin məlumatına görə, ötən ay Avstriyanın paytaxtında Böyük Britaniya, Fransa, Almaniya və Rusiyanın keçmiş yüksək səviyyəli nümayəndələri mümkün sülh danışıqlarının şərtlərini müzakirə etmək üçün bir araya gəliblər.
Görüşdə Almaniya Xarici İşlər Nazirliyinin keçmiş dövlət katibi və Rusiyada Avropa İttifaqının sabiq səfiri Markus Ederer, Böyük Britaniyanın keçmiş milli təhlükəsizlik müşaviri Tim Barrou, həmçinin Fransanın keçmiş yüksək səviyyəli diplomatı Pyer Vimontun iştirak etdiyi bildirilir.
Məlumata görə, görüşdə iştirak edən keçmiş rusiyalı rəsmilərin kimliyi açıqlanmayıb.
1xeber.media xatırladır ki, bundan əvvəl Avropa İttifaqının islahatları gecikdirən Ukraynaya bloka üzvlüklə bağlı qeyri-rəsmi təzyiq göstərdiyi barədə məlumat yayılmışdı.