Вернуться назад Распечатать

Rus ordusunun sayı tərkibində dəyişiklik edildi

1xeber.media xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin ştat sayı 27 min hərbçi artırılıb.

Bu barədə Rusiya ordusunun generalına istinadən TASS məlumat yayıb.

Məlumata görə, ordunun ştat strukturuna əlavə edilən yeni hərbi qulluqçular əsasən hərbi və hərbi-sosial infrastrukturun tikintisi və inkişafı sahəsində istifadə olunacaq.

1xeber.media bildirir ki, artımın Rusiya Silahlı Qüvvələrinin ümumi təşkilati strukturunda dəyişikliklərlə bağlı olduğu qeyd edilir.