Вернуться назад Распечатать

Ukraynanın ən böyük Rozetka anbarı məhv edilib

1xeber.media xəbər verir ki, Ukraynanın məşhur Rozetka onlayn mağazasının ən böyük anbarı Kiyev vilayətinə gecə endirilən zərbələr nəticəsində dağıdılıb.

Bu barədə şirkətin həmtəsisçisi İrina Çeçetkina məlumat verib.

Onun sözlərinə görə, 2017-ci ildə istifadəyə verilən anbar şirkətin ən böyük və ən avtomatlaşdırılmış logistika mərkəzi olub.

"Bu, bizim fəxrimiz idi. Burada gündə 100 mindən çox sifarişi emal edirdik", – deyə Çeçetkina bildirib.

O əlavə edib ki, dağılan anbarın bərpası mümkün deyil.

1xeber.media xatırladır ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Rusiya qoşunlarının Kiyevdə "MLP-Çayka" logistika mərkəzinə zərbə endirdiyini açıqlamışdı. Nazirliyin məlumatına görə, həmin mərkəzdə uzaq və orta mənzilli pilotsuz uçuş aparatları və onlar üçün hissələr saxlanılırdı.