Вернуться назад Распечатать

ABŞ-da seçkilərdən sonra Ukrayna siyasəti dəyişəcəkmi?

1xeber.media xəbər verir ki, ABŞ-da Demokratlar Konqresə aralıq seçkilərdə qalib gəlsələr belə, Ukrayna məsələsində əvvəlki iki partiyalı razılaşmanın bərpa olunacağı ehtimalı azdır.

Bu barədə amerikalı ekspert və siyasi texnoloq Pavel Dubravski “Lenta.ru”-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə mövcud olan Ukrayna siyasəti üzrə respublikaçılar və demokratlar arasındakı konsensus artıq əvvəlki formada olmayacaq.

Ekspert qeyd edib ki, hazırda respublikaçıların bir hissəsi Ukraynaya maliyyə dəstəyinin artırılmasını istəmir. Bununla yanaşı, bəzi demokratlar da, o cümlədən Pensilvaniya senatoru Con Fetterman ABŞ-ın bu münaqişəyə daha dərindən cəlb olunmasının səbəblərini sual altına alır.

1xeber.media xatırladır ki, daha əvvəl Pavel Dubravski Demokratların Konqresdə tam qələbə qazanacağı halda ABŞ Prezidenti Donald Trampa qarşı impiçment prosesinə başlaya biləcəklərini bildirib.