Вернуться назад Распечатать

Litvada Ukrayna PUA-larının istehsalı planlaşdırılır

1xeber.media xəbər verir ki, Ukrayna və Litva arasında Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) Litvada istehsalına başlanılması ilə bağlı iş aparılır.

Bu barədə Litvanın müdafiə naziri Robertas Kaunas məlumat verib. Onun sözlərini Delfi yayıb.

Nazirin sözlərinə görə, hazırda hökumətə Ukrayna ilə Litva arasında PUA-larla bağlı əldə olunmuş razılaşmanın həyata keçirilməsinə kömək edə biləcək şəxslər cəlb olunub.

"Bu, Ukrayna dronlarının istehsalını Litvada lokallaşdırmağa imkan verə bilər", – deyə Kaunas bildirib.

1xeber.media xatırladır ki, may ayında Ukrayna Prezidenti Volodimir Zelenski Litva ilə birgə dron istehsalı barədə razılaşmanın əldə olunduğunu açıqlamışdı. Onun sözlərinə görə, bu saziş hər iki ölkənin müdafiə imkanlarını gücləndirməlidir.