1xeber.media xəbər verir ki, Çin rəsmiləri Avropa Parlamentinin deputatlarının Pekinin Rusiyaya silah tədarükü və Ukraynadakı münaqişədə iştirakı ilə bağlı ittihamlarını rədd edib.
Nəşrin məlumatına görə, iyul ayında Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndə heyəti Çinə səfər edərək ölkənin xarici işlər naziri Van İ və digər yüksək vəzifəli şəxslərlə görüşüb.
Görüş zamanı avropalı deputatlar Pekini "təsir imkanlarından istifadə edərək" sülhün əldə olunmasına kömək etməyə çağırıblar, həmçinin Çinin Ukrayna münaqişəsindəki rolu və Rusiyaya guya ikili təyinatlı məhsulların göndərilməsi məsələsini qaldırıblar.
Çin rəsmiləri isə bildiriblər ki, Pekin münaqişənin tərəfi deyil, Rusiyaya silah satmır, dialoqu dəstəkləyir və Avropanın sülh danışıqlarında iştirak etməli olduğunu düşünür.
1xeber.media xatırladır ki, bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Moskvanın Ukrayna münaqişəsinin nizamlanması məsələsində Çinlə əlaqələri davam etdirdiyini bildirib.