1xeber.media xəbər verir ki, Misir millisinin və "Liverpul"un sabiq hücumçusu Məhəmməd Salah karyerasını Türkiyənin "Trabzonspor" klubunda davam etdirəcək.
Bu barədə klubun Instagram səhifəsində məlumat yayılıb.
Klub futbolçunun "Trabzonspor" forması ilə təyyarədə çəkilmiş fotolarını paylaşaraq onun yaxın zamanda rəsmi müqaviləyə imza atacağını bildirib.
2025/2026 mövsümündə Salah "Liverpul"un heyətində bütün turnirlərdə 39 oyuna çıxıb, 12 qol vurub və 9 məhsuldar ötürmə edib. Misirli futbolçu 2017-ci ildən İngiltərə klubunda çıxış edirdi.
1xeber.media xatırladır ki, "Trabzonspor" ötən mövsüm Türkiyə çempionatını üçüncü pillədə başa vurub. Yeni mövsüm Türkiyə Super Liqasında avqustun 14-də başlayacaq.