1xeber.media xəbər verir ki, Almaniyanın Die Welt nəşri Rusiya qüvvələrinin Ukraynanın şərqində irəliləyişini davam etdirdiyini və xüsusilə Kramatorsk ətrafındakı vəziyyətin Kiyev üçün təhlükəli xarakter aldığını yazıb.
Nəşrin jurnalisti Alfred Hakensberqerin məqaləsində bildirilir ki, döyüşlər Ukraynanın şərqində daha da intensivləşib və Rusiya qoşunları bölgədə mühüm uğurlar əldə edir.
Məqalədə qeyd olunur ki, əgər Donetsk vilayəti tamamilə Rusiyanın nəzarətinə keçərsə, bu, Ukrayna üçün münaqişənin əvvəlindən bəri ən ağır məğlubiyyətlərdən biri, Rusiya Prezidenti Vladimir Putin üçün isə ən böyük siyasi və hərbi uğurlardan biri kimi qiymətləndirilə bilər.
1xeber.media xatırladır ki, avqustun 4-də Rusiya ordusunun Kramatorska və Donetsk vilayətinin digər şəhəri olan Slavyanska zərbələr endirdiyi barədə məlumat yayılmışdı.
Bundan əvvəl Defense Priorities araşdırma mərkəzinin analitiki Cennifer Kavana da Donbas uğrunda döyüşlərin həlledici mərhələyə daxil olduğunu və bölgənin yaxın vaxtlarda tamamilə Rusiyanın nəzarətinə keçə biləcəyini bildirmişdi.