Вернуться назад Распечатать

Rusiyalı qubernatordan qalmaqallı təklif

1xeber.media xəbər verir ki, Penza vilayətinin qubernatoru Oleq Melniçenko xüsusi hərbi əməliyyat (SVO) muzeyində Ukrayna hərbçilərinə məxsus şevron və sənədlərin döşəmədə, şüşə altında nümayiş etdirilməsini təklif edib.

Qubernator bu barədə Telegram kanalında paylaşdığı videoda danışıb.

Melniçenkonun sözlərinə görə, muzeyə Ukrayna hərbçilərinə məxsus müxtəlif əşyalar, o cümlədən nasist simvolları olduğu iddia edilən şevronlar, dəbilqə və şəxsiyyət vəsiqələri təqdim olunub.

O bildirib ki, həmin eksponatların muzeyin döşəməsində şüşə altında yerləşdirilməsi daha məqsədəuyğun olardı.

Qubernatorun fikrincə, bu, "hər addımda xalqın iradəsini və ruhunu xatırladan simvolik element" rolunu oynaya bilər.

1xeber.media xatırladır ki, bundan əvvəl Saratov şəhərində xüsusi hərbi əməliyyat iştirakçısının məktəblilərlə görüş keçirdiyi və onlara öz bəstələdiyi rep musiqisini səsləndirdiyi barədə məlumat yayılmışdı.