Вернуться назад Распечатать

Rusiyada avtomobil bazarı ilin rekordunu yenilədi

1xeber.media xəbər verir ki, 2026-cı ilin iyul ayında Rusiyada 122,1 min yeni minik avtomobili satılıb ki, bu da ilin ən yüksək aylıq göstəricisi olub.

Bu barədə "Avtostat" analitik agentliyi məlumat yayıb.

Məlumata görə, əvvəlki rekord aprel ayında qeydə alınmışdı. Həmin dövrdə bazarda 117,5 min avtomobil satılmışdı. Mart ayından etibarən aylıq satışlar ardıcıl olaraq 100 min avtomobil həddini keçir.

İyul ayında satışlar iyun ayı ilə müqayisədə 5 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,2 faiz artıb. 2026-cı ilin ilk yeddi ayında Rusiyada ümumilikdə 730,7 min yeni avtomobil satılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,2 faiz çoxdur.

Bazarın lideri yenə də Lada markası olub. Xarici brendlər arasında isə ilk yeri Haval tutub. Sonrakı pillələrdə Tenet, Geely və Changan qərarlaşıb.

Model reytinqində Lada Granta ilk sıradakı yerini qoruyub. Onu Haval Jolion, Tenet T7, Lada Vesta və Tenet T4L izləyib.

1xeber.media xatırladır ki, daha əvvəl BYD, Geely və Chery şirkətlərinin dünyanın ən böyük avtomobil istehsalçıları arasında ilk onluğa daxil olduğu açıqlanmışdı.