Вернуться назад Распечатать

Rusiyadan Litvada Ukrayna PUA-larının istehsalına reaksiya

1xeber.media xəbər verir ki, Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Svetlana Jurova Litvada Ukrayna üçün pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlanılması planını "təxribat" kimi qiymətləndirib.

Deputat bu barədə "Lenta.ru"-ya açıqlamasında danışıb.

Jurovanın sözlərinə görə, Ukraynaya pilotsuz uçuş aparatları təkcə Litvadan deyil, digər ölkələrdən də göndərilir və bu cür addımlar Rusiyaya qarşı gərginliyi artırır.

O bildirib ki, Litva və Ukraynanın birgə istehsal layihəsini rəsmi şəkildə elan etməsi yeni hal deyil və bu istiqamətdə əməkdaşlığın daha əvvəl də mövcud olduğunu düşünür.

Deputat həmçinin mümkün sülh sazişi imzalanacağı təqdirdə istehsal ediləcək dronların gələcək taleyi ilə bağlı sualların yarandığını qeyd edib.

1xeber.media xatırladır ki, daha əvvəl Litvanın müdafiə naziri Robertas Kaunas Kiyev və Vilnüsün Ukrayna istehsalı olan PUA-ların Litvada istehsalının təşkili üzərində işlədiyini açıqlamışdı.