Вернуться назад Распечатать

Zelenski cəbhənin ən vacib istiqamətlərini açıqladı

1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin hazırda ən çox diqqət yetirdiyi cəbhə istiqamətlərinin Konstantinovka və Slavyansk olduğunu bildirib.

Zelenski bu barədə Telegram kanalında paylaşım edib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Mixail Drapatı həmin istiqamətdə fəaliyyət göstərən bölmələrin qüvvə və imkanları barədə ona məruzə edib.

Məlumata əsasən, müşavirədə baş komandan Mixail Drapatı, müdafiə nazirinin vəzifəsini icra edən Yevgeni Xmara və Baş Qərargah rəisi İqor Skibyuk iştirak ediblər.

1xeber.media xatırladır ki, daha əvvəl Rusiya tərəfi Konstantinovkanın nəzarətə götürüldüyünü açıqlamış, Rusiya Prezidenti Vladimir Putin isə bunun Donetsk vilayətinin tam nəzarətə götürülməsi üçün mühüm əhəmiyyət daşıdığını bildirmişdi.