Вернуться назад Распечатать

“Canlı Nostradamus”dan daha bir iddia: Yeni müharibə olacaq

2026-cı ildə növbəti müharibə Arktika bölgəsində başlaya bilər.

1xeber.media xəbər verir ki, bunu “Canlı Nostradamus” kimi tanınan braziliyalı mistik Atos Salome deyib.

Salomenin sözlərinə görə, Arktikada buzlaqların əriməsi yeni dəniz marşrutları və təbii ehtiyatlar uğrunda rəqabəti gücləndirə bilər. Bunun nəticəsində Rusiya ilə NATO ölkələri arasında gərginlik arta bilər:

"2026-cı ildə buzlaqların əriməsi birbaşa qarşıdurmalara səbəb ola bilər və yeni dəniz marşrutları ilə enerji resursları həlledici rol oynayacaq".

Bundan əlavə, o hesab edir ki, Afrikanın Sahel bölgəsində də sabitlik pozula bilər. Xüsusilə Nigerin şimalında ekstremist qruplaşmaların fəallaşması səbəbindən vəziyyətin daha da gərginləşəcəyini ehtimal edir.

Salome iddia edib ki, o, əvvəllər İran və İsrail arasında vəziyyətin kəskinləşəcəyini əvvəlcədən proqnozlaşdırıb. Həmçinin gələcək futbol turnirinin qalibini düzgün təxmin etdiyini və çempionun simvolik olaraq od rənglərini daşıyan komanda olacağını bildirdiyini deyir:

"Bir çox ekstrasens və şərhçi digər milli komandaların qələbəsini proqnozlaşdırdığı halda, mən finalçıları müəyyən etmiş və dəfələrlə İspaniyanın ən böyük çempionluq namizədi olduğunu vurğulamışdım".