Вернуться назад Распечатать

Böyük Britaniyanın yeni müdafiə naziri Ukraynaya dəstək vədi verdi

Böyük Britaniya Ukraynanı münaqişədə "qalib gələnə qədər" dəstəkləyəcək.

1xeber.media xəbər verir ki, bu vədi Böyük Britaniyanın yeni müdafiə naziri Ues Stritinq Kiyevə ilk səfəri zamanı verib.

"Böyük Britaniya Ukraynanı qalib gələnə qədər dəstəkləyəcək. Həm Baş nazir [Endi Bernhem], həm də mən əvvəldən bu hökumətin Ukraynaya sarsılmaz və birmənalı dəstəyini nümayiş etdirməyi vacib hesab etdik", - deyə müdafiə naziri bildirib.

Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Moskvanın qələbəsinə əminliyini ifadə etmişdi.

15 iyulda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, avropalılar Ukrayna böhranının sülh yolu ilə həllini istəyirlərsə, Qərb Kiyevə silah tədarükünü dayandırmalıdır.