1xeber.media xəbər verir ki, Qırğızıstan prezidenti Sadır Japarov ölkəsinin Rusiya Federasiyasını strateji tərəfdaş və müttəfiq kimi gördüyünü bildirib.
Japarov bu barədə Qırğızıstan-Rusiya VIII İqtisadi Forumu zamanı danışıb. O qeyd edib ki, iki ölkə arasında münasibətlər ortaq tarix, mədəni yaxınlıq və uzun illər davam edən əməkdaşlıq üzərində qurulub.
“Qırğızıstan Rusiya Federasiyasını strateji tərəfdaş və müttəfiq kimi nəzərdən keçirir”, - deyə Sadır Japarov vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Qırğızıstan prezidenti Azərbaycan Prezidenti İlham Əliyevlə iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında saziş imzalayıb. Bakı və Bişkek arasında energetika, nəqliyyat, kibertəhlükəsizlik və digər sahələrdə bir sıra əməkdaşlıq sənədləri də imzalanıb.
Qırğızıstan son dövrdə həm regional ölkələrlə əlaqələrini genişləndirir, həm də Rusiya ilə strateji əməkdaşlığını davam etdirir.