Вернуться назад Распечатать

Ukraynanın sabiq vitse-premyerinə qətimkan tədbiri seçildi

1xeber.media xəbər verir ki, Ukraynanın sabiq vitse-premyeri və ABŞ-dakı keçmiş səfiri Olqa Stefanışinaya qarşı qətimkan tədbiri müəyyən edilib.

Məlumata görə, məhkəmə Stefanışina üçün 6 milyon qrivna (təxminən 11 milyon rubl) məbləğində girov təyin edib.

Bundan əlavə, sabiq diplomatın üzərinə bir sıra məhdudiyyətlər qoyulub. O, yaşayış yerinin dəyişdirilməsi barədə məlumat verməli və iş üzrə şahidlərlə əlaqə saxlamamalıdır.

Stefanışina qanunsuz varlanma və bəyannamədə qeyri-dəqiq məlumatların göstərilməsində şübhəli bilinir.

Qeyd edək ki, avqustun 3-də Olqa Stefanışina ABŞ-dakı səfir vəzifəsindən ayrıldığını açıqlayıb. O, qərarını şəxsi səbəblərlə izah edib. Diplomatın mümkün istefasının Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) hazırladığı ittihamlarla bağlı olduğu bildirilirdi.