Вернуться назад Распечатать

İranın təxribatı düşmənçilik həddinə gətirə bilər - ŞƏRH

Avropada İranın təsir şəbəkələri ilə bağlı narahatlıqlar getdikcə artır. Böyük Britaniyada casusluq ittihamı ilə həbs edilən Rəşad Sultanov işi, BBC-nin İranın Avropadakı proksi şəbəkələri ilə bağlı araşdırması və İsveçin Foxtrot Network cinayət təşkilatı haqqında ortaya çıxan məlumatlar təhlükəsizlik risklərinin yeni mərhələyə keçdiyini göstərir.

Bu barədə politoloq Xəqani Cəfərli 1xeber.media-ya açıqlamasında deyib ki,  İranın Hindistandan ABŞ-a kimi uzanan çox geniş bir coğrafiyadakı onlarla ölkədə 110-dan artıq proksi qüvvəsi var:

“Bundan başqa İranın təhlükəsizlik xidməti “ETTELAT”-ın casusluğa cəlb etdiyi çox böyük bir casus ordusu da var. Məhz özünün proksi qüvvələrinə və casus şəbəkəsinə güvənən İran bölgə ölgələrininin daxili işlərinə müdaxilə edə bilir. İndi isə İran Qərb ölkələrini təhdid edir. 
Nardaran hadisələri və Azərbaycanın o zaman təhlükələrlə Avropanın üzləşdiyi İran təhlükəsi fərqlidir. İran Azərbaycanda rejim dəyişikliyinə can ataraq şəriət rejimi qurmağa çalışırdı. Avropanın üzləşdiyi təhlükə isə daha çox terror, diversiya və sui-qəsdlər ola bilər. Ancaq bu özü də çox ciddi təhlükədir. İranın işə salacağı terror və diversiya digər radikal islam qruplaşmalarının qatılması ilə genişlənə bilər. Bu isə Avropanı özünü qorumaya sövq edə bilər. Belə olacağı halda ən böyük zərbə Avropadakı müsəlmanlara dəyəcək. Onsuz da müsəlmanlara qarşı çox pis münasibət formalaşıb. İranın təxribatı isə bunu düşmənçilik həddinə gətirə bilər”.

Aysel