Вернуться назад Распечатать

AZCON-a yeni səlahiyyət verildi

“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON) həvalə edilib.

1xeber.media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Bundan əvvəl sözügedən səlahiyyət Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus olub.