Вернуться назад Распечатать

Hərbi ekspert Ukraynadakı müharibədə mümkün dönüş nöqtəsinin vaxtını açıqladı

1xeber.media xəbər verir ki, Rusiyanın "Rusiya Zabitləri" təşkilatının Ekspert Şurasının üzvü, ehtiyatda olan I dərəcəli kapitan Vasili Dandıkın Ukraynadakı müharibədə sentyabr ayına qədər dönüş nöqtəsinin yarana biləcəyini iddia edib.

O, "Abzas" nəşrinə açıqlamasında bildirib ki, payızın əvvəlində cəbhədə vəziyyətin əhəmiyyətli dərəcədə dəyişəcəyini gözləyir. Dandıkının sözlərinə görə, Rusiya qüvvələri Donbas istiqamətində irəliləyiş əldə edir, həmçinin Zaporojye, Sumı və Xarkov vilayətləri istiqamətlərində əməliyyatları davam etdirir.

Hərbi ekspert həmçinin Ukraynanın hərbi imkanları ilə bağlı öz qiymətləndirməsini səsləndirib və Rusiyanın mövcud təhdidlərə qarşı tədbirlər görəcəyini iddia edib.

Qeyd edək ki, bu açıqlamalar Rusiyalı hərbi ekspertin şəxsi qiymətləndirməsidir və münaqişənin gedişi ilə bağlı proqnozlar müstəqil şəkildə təsdiqlənməyib.