Вернуться назад Распечатать

Azərbaycanda şahmatın inkişafı və beynəlxalq əməkdaşlıq müzakirə edilib

Avqustun 6-da gənclər və idman naziri Fərid Qayıbov Bakıda səfərdə olan FIDE-nin nümayəndə heyətini qəbul edib.

Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüşdə ölkəmizdə şahmatın inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, Azərbaycanda keçirilən və nəzərdə tutulan beynəlxalq şahmat yarışları, eləcə də bu sahədə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.