Вернуться назад Распечатать

Azərbaycanda əhalinin neçə faizi ali təhsillidir? - AÇIQLANDI

Şəhərlərdə ali təhsilli əhalinin payı kəndlərdən təxminən iki dəfə çoxdur.

1xeber.media xəbər verir ki,Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, Azərbaycanda şəhər və kənd əhalisinin təhsil səviyyəsi arasında nəzərəçarpacaq fərqlər mövcuddur.

Rəsmi statistikaya əsasən, ölkə üzrə əhalinin 23,2 faizi ali təhsillidir. Məlumata görə, şəhər əhalisinin 29,5 faizi ali təhsilli olduğu halda, kənd yerlərində bu göstərici 15,8 faiz təşkil edir. Orta ixtisas və texniki-peşə təhsilli əhalinin payı şəhərlərdə 24,9 faiz, kəndlərdə isə 19,0 faizdir. Bununla yanaşı, ümumi tam orta təhsilli əhalinin payı kənd yerlərində daha yüksəkdir.

Belə ki, kənd əhalisinin 54,9 faizi, şəhər əhalisinin isə 41,4 faizi ümumi tam orta təhsilə malikdir. Ümumi orta təhsilli əhalinin xüsusi çəkisi şəhərlərdə 4,0 faiz, kəndlərdə 9,5 faiz təşkil edir. Statistikaya əsasən, kişilər arasında ali təhsillilərin payı şəhərlərdə 30,1 faiz, kəndlərdə isə 15,6 faizdir.

Qadınlar üzrə göstəricilərə gəlincə, şəhər yerlərində yaşayan qadınların 28,9 faizi ali təhsilli olduğu halda, kənd yerlərində bu göstərici 16,0 faiz təşkil edir. Ümumi tam orta təhsilli qadınların payı isə şəhərlərdə 41,5 faiz, kəndlərdə 54,1 faiz olub.