1xeber.media xəbər verir ki, Rusiya Silahlı Qüvvələri yaxın vaxtlarda yeni NJM-2020 üzən dəmir yolu körpüsü ilə təchiz olunacaq.
Bu barədə Rusiyanın Dəmir Yolu Qoşunlarının İdarə rəisi, general-leytenant Oleq Kosenkov "Krasnaya Zvezda" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, yeni körpü sınaqlardan uğurla keçib və sovet dövründə istifadə edilən analoqu ilə müqayisədə daha yüksək yükdaşıma qabiliyyətinə, eləcə də daha sürətli quraşdırılma imkanına malikdir.
Kosenkov qeyd edib ki, NJM-2020-nin silahlanmaya qəbul edilməsi qısa müddətdə üzən dəmir yolu körpülərinin qurulmasına və onların üzərindən müasir ağır qatarların təhlükəsiz hərəkətinin təmin edilməsinə imkan verəcək.
Generalın sözlərinə görə, yeni körpünün əsas üstünlüklərindən biri sahil hissəsi ilə üzən konstruksiya arasında daha rahat və etibarlı keçidin təmin edilməsidir.