Вернуться назад Распечатать

Ronaldonun toyu ilə bağlı yeni detallar məlum olub

1xeber.media xəbər verir ki, Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldonun qarşıdan gələn toyu ilə bağlı yeni iddialar yayılıb.

The Sun nəşrinin məlumatına görə, futbolçu uzun illərdir birlikdə olduğu model Corcina Rodriqeslə avqustun 7-8-də Portuqaliyanın Madeyra adasında ailə həyatı qurmağı planlaşdırır. Bildirilir ki, əsas toy mərasiminin avqustun 8-də Funşal şəhərinin kafedralında yerli vaxtla saat 15:00-da keçirilməsi nəzərdə tutulur.

Məlumata əsasən, cütlük qonaqların yerləşdirilməsi üçün tədbir məkanının yaxınlığında yerləşən beşulduzlu Savoy Palace otelini bron edib. Nəşrin iddiasına görə, otel rəhbərliyi qonaqlara cümə və şənbə günləri binanın iki mərtəbəsi və bir neçə bar zonasının tədbir səbəbindən bağlı olacağı barədə məlumat verib.

Bununla belə, nə Kriştianu Ronaldo, nə də Corcina Rodriqes toyun tarixi və yeri ilə bağlı rəsmi açıqlama verməyiblər. Son günlər yayılan məlumatların böyük hissəsi media mənbələrinə və anonim şəxslərin iddialarına əsaslanır.