Вернуться назад Распечатать

Çexiya NATO-nun şərq cinahı ilə bağlı qərarını dəyişir

1xeber.media xəbər verir ki, Çexiya NATO-nun şərq cinahında yerləşdirilən qabaqcıl qüvvələrdə xidmət edən hərbçilərinin sayını azaltmağı planlaşdırır.

Seznam portalının məlumatına görə, xarici missiyalarda xidmət edə biləcək çex hərbçilərinin maksimal sayı 2 mindən 1,6 min nəfərə endiriləcək.

Bildirilir ki, qərarın əsas səbəbi dövlət xərclərinə qənaət etmək zərurətidir. Bundan əlavə, indiyədək də 2 min nəfərlik kvota tam şəkildə doldurulmayıb.

Məlumata görə, dəyişiklik NATO-nun şərq cinahında yerləşdirilən Çexiya hərbi kontingentinin planlaşdırılmasına təsir göstərəcək.

Qeyd edək ki, Çexiya son aylarda Ukrayna ilə bağlı miqrasiya siyasətində də bir sıra dəyişikliklər edib. Daha əvvəl hərbi xidmət öhdəliyini yerinə yetirdiyini təsdiqləyən sənədləri olmayan çağırış yaşlı Ukrayna vətəndaşlarının ölkədə sığınacaq əldə edə bilməyəcəyi bildirilmişdi.