1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı "xüsusi sanksiya əməliyyatı" hazırlandığını açıqlayıb.
Zelenski bu barədə özünün "Telegram" kanalında paylaşım edib.
Ukrayna liderinin sözlərinə görə, hökumətə Rusiyanın hərbi sənaye kompleksinin fəaliyyətini nəzərəçarpacaq dərəcədə məhdudlaşdırmağa yönəlmiş xüsusi sanksiyalar planı hazırlamaq tapşırığı verilib.
"Sanksiya əməliyyatı ilə bağlı aydın fəaliyyət planının hazırlanmasını tapşırdım. Bu plan Rusiyanın hərbi sənayesini ciddi şəkildə məhdudlaşdırmalıdır", – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, yeni məhdudiyyətlər ilk növbədə Rusiya silahlarının istehsalında istifadə olunan kritik komponentlərin istehsalını və tədarükünü hədəf alacaq.