1xeber.media xəbər verir ki, Oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələrini tanımayan radikal Gürcüstan müxalifəti dekabrın 29-da mandatı başa çatan Salome Zurabişvilinin prezident sarayından çıxarılmasına fiziki etirazla bağlı məsləhətləşmələr keçirib.
Onun müxalif həmkarı Anna Dolidze təsdiqləyib ki, Zurabişvilini və onun Tbilisinin mərkəzindəki iqamətgahını qorumaq üçün tərəfdarları səfərbər etmək üçün hazırlıq gedir."Biz dekabrın 29-dan sonra sarayda qalacağıq və buranı ölkədə yeganə qanuni qurum elan edəcəyik" dedi.
Onun sözlərinə görə, Gürcüstanda yeni seçkilərin keçirilməsini əsaslandıran sənədin detalları da müzakirə olunur.
Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkə parlamentinin iclas zalında keçiriləcək yeni prezident Mixeil Kavelaşvilinin andiçmə mərasimindən sonra iqamətgahı tərk etməkdən imtina edəcəyi təqdirdə Zurabişvilinin həbs olunacağını istisna etməyib.