Вернуться назад Распечатать

Ukrayna ordusunda nikbinlik azalır

Yayınlanan son məlumatlara görə, yayın əvvəlində Ukrayna ordusunda müşahidə olunan "ehtiyatlı nikbinlik" artıq böyük ölçüdə aradan qalxıb. Bu barədə Almaniyanın Bild qəzetinin hərbi icmalçısı Yulian Repke ukraynalı hərbçilərlə keçirdiyi görüşlərdən sonra bildirib.

1xeber.media xəbər verir ki, jurnalistin sözlərinə görə, Rusiyanın logistikasına endirilən zərbələrin hücum tempini zəiflədəcəyi ilə bağlı ümidlər özünü doğrultmayıb. Hazırda döyüş meydanında təşəbbüsün hələ də Rusiya Silahlı Qüvvələrinin əlində olduğu, xüsusilə Slavyansk və Kramatorsk istiqamətlərində üstünlüyün qorunduğu qeyd edilir.

Məlumata əsasən, Rusiya ordusu kamikadze dronlardan, aviasiya bombalarından və uzaqmənzilli zərbə vasitələrindən istifadəsini əhəmiyyətli dərəcədə artırıb. Eyni zamanda Ukraynanın arxa cəbhə infrastrukturuna zərbələrin taktikasında da dəyişikliklər edildiyi bildirilir.

Bundan əvvəl "Rusiya Zabitləri" təşkilatının ekspert şurasının üzvü, ehtiyatda olan I dərəcəli kapitan Vasili Dandıkin sentyabr ayına qədər Ukraynadakı döyüş bölgəsində dönüş nöqtəsinin yarana biləcəyini iddia etmişdi.