Вернуться назад Распечатать

Politoloq Seutadakı böhranın Qəzza ilə əlaqəsini açıqladı

İspaniyanın Seuta şəhərində yaranan miqrasiya böhranından İsrailin Qəzza zolağındakı fəaliyyətinə haqq qazandırmaq üçün istifadə oluna bilər. Bu fikri Banqladeşin Dəkkə şəhərində yerləşən Daffodil Beynəlxalq Universitetinin professoru Qreq Saymons səsləndirib.

1xeber.media xəbər verir ki, politoloqun sözlərinə görə, müsəlman ölkəsindən gələn böyük miqrant axını İsrailin Qəzzadakı hərəkətlərinə beynəlxalq ictimaiyyət arasında daha çox rəğbət yaratmaq məqsədilə istifadə edilə bilər.

"İspaniyanın müsəlman ölkəsindən gələn aqressiv kütlənin axını ilə üzləşməsi İsrailin Qəzzadakı fəaliyyətinə simpatiya formalaşdırmaq üçün istifadə oluna bilər", – deyə Saymons bildirib.

Ekspert hesab edir ki, Seutadakı böhrandan Avropadakı sağçı siyasi qüvvələr də faydalanmağa çalışacaqlar. Onun fikrincə, onlar qeyri-qanuni miqrant axınını əsas gətirərək miqrasiya siyasətinin daha da sərtləşdirilməsinə nail olmağa çalışacaqlar.

Qreq Saymons bundan əvvəl də Seutadakı böhranın Avropa İttifaqına növbəti ciddi zərbə olduğunu və birliyin dayanıqlılığına mənfi təsir göstərdiyini bildirmişdi.