Вернуться назад Распечатать

1800 km uzaqda PUA təhlükəsi

Rusiyanın Ukrayna sərhədindən təxminən 1800 kilometr məsafədə yerləşən Sverdlovsk vilayətində pilotsuz uçuş aparatları ilə bağlı təhlükə rejimi elan edilib.

1xeber.media xəbər verir ki, bu barədə vilayətin qubernatoru Denis Pasler "Telegram" kanalında məlumat yayıb.

Qubernator bildirib ki, region hakimiyyəti əhalinin və infrastrukturun təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görür. O, həmçinin hava hücumundan müdafiə sistemlərinin fəaliyyətini və ya PUA hücumlarının nəticələrini lentə almağın qadağan edildiyini xatırladıb.

"PUA qalıqlarını götürmək və ya onları yerindən tərpətməyə çalışmaq olmaz", – deyə Pasler qeyd edib.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayəti ərazisinə bir neçə zərbə endirdiyi bildirilmişdi. Nəticədə bir kişi və iki qadın qəlpə yaraları alıb.